Koronavirus səbəbindən xokkey yarışları təxirə salınır

Koronavirus səbəbindən xokkey yarışları təxirə salınır Çində koronavirusun yayılması və bir sıra başqa ölkələrə də keçməsi ilə əlaqədar Beynəlxalq Buzüstü Xokkey Federasiyası (İİHF) bəzi yarışları təxirə salıb.
Komanda
1 Fevral , 2020 14:53
Koronavirus səbəbindən xokkey yarışları təxirə salınır

Çində koronavirusun yayılması və bir sıra başqa ölkələrə də keçməsi ilə əlaqədar Beynəlxalq Buzüstü Xokkey Federasiyası (İİHF) bəzi yarışları təxirə salıb.

“Report” İİHF-nin rəsmi saytına istinadən xəbər verir ki, bu qərar yarış iştirakçıları və təşkilatçı qurumlar, habelə İİHF Tibb Komitəsi ilə aparılmış məsləhətləşmələrdən sonra qəbul olunub. 

Nəticədə 10 - 15 fevralda Tailandın paytaxtı Banqkokda keçirilməsi nəzərdə tutulan U20 “Challenge Cup of Asia”nın, eləcə də 23 - 28 fevralda Filippinin paytaxtı Manilada qadınlar arasında təşkil olunacaq “Challenge Cup of Asia”nın əsas və Division I turnirləri ləğv edilib.

Həmçinin 27 aprel – 1 mayda Sinqapurda keçirilməsi nəzərdə tutulan “Challenge Cup of Asia” turniri ilə bağlı vəziyyəti federasiyanın izlədiyi bildirilir.

Daha əvvəl 2020-ci il U18 dünya çempionatının II Divizionunun "B" qrupunun oyunlarının Çindən Meksikaya keçiriləcəyi açıqlanmışdı.

Son xəbərlər

Orphus sistemi