Yuxarı

Kanadada komandasını jimlə cəzalandıran məşqçi vəzifəsindən kənarlaşdırılıb

Onu nizam-intizam dinləmələri gözləyir

Bakı. 5 oktyabr. REPORT.AZ/ Kanadanın 11-12 yaşlı hokkeyçilərdən ibarət "Lak Sen-Lui" komandasının məşqçisi qovulub. "Report"un məlumatına görə, buna səbəb Lui İzabellanın oyunçulara cəza verməsi olub.

Son görüşünü 2:7 hesabı ilə məğlub başa vuran komandanın məşqçisi oyundan sonra uşaqlara əyinlərini dəyişmədən jim etdirib. Bundan sonra klub rəhbərliyi məşqçini qeyri-müəyyən müddətə vəzifəsindən azad edib. Onu nizam-intizam dinləmələri gözləyir.

Bu addımı ilə məşqçi Kanada idmanının mərkəzi etika kodeksini pozub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi