​Kobi Brayant karyerasını bitirəcəyini açıqlayıb

​Kobi Brayant karyerasını bitirəcəyini açıqlayıb 37 yaşlı idmançı bu barədə yazdığı məktubda bildirib
Komanda
30 Noyabr , 2015 20:52
​Kobi Brayant karyerasını bitirəcəyini açıqlayıb

Bakı. 30 noyabr. REPORT.AZ/ 5 qat NBA və 2 qat Olimpiya çempionu olmuş Kobi Brayant basketbolçu karyerasını bitirəcəyini açıqlayıb. "Report"un məlumatına görə, 37 yaşlı idmançı bu barədə yazdığı məktubda bildirib.

O qeyd edib ki, mövsüm sonunda karyerasını başa vuracaq: "6 yaşında basketbola dərindən aşiq oldum. Tunelin sonunu görmədim, ancaq qaçdım. Bu idmana bütün sevgimi verdim. Basketbol üçün hər şeyi etdim, amma vücudum vidalaşmaq vaxtının gəldiyini deyir".

Qeyd edək ki, Kobi Brayant 1978-ci ildə ABŞ-ın Filadelfiya şəhərində anadan olub. Brayantın NBA karyerası 18 yaşında başlayıb. 

Son xəbərlər

Orphus sistemi