​Kişi şahmatçılar Avropa çempionatında qələbə qazanıb, qadın yığması uduzaraq, Ermənistana rəqib olub

​Kişi şahmatçılar Avropa çempionatında qələbə qazanıb, qadın yığması uduzaraq, Ermənistana rəqib olub Altı turdan sonra xallarını 9-a çatdıran kişilərdən ibarət yığmamız 3-cü pilləyə yüksəlib
Komanda
20 Noyabr , 2015 06:38
​Kişi şahmatçılar Avropa çempionatında qələbə qazanıb, qadın yığması uduzaraq, Ermənistana rəqib olub

Bakı. 20 noyabr. REPORT.AZ/ İslandiyanın Reykyavik şəhərində komandalararası Avropa çempionatında Azərbaycanın kişi və qadın şahmatçıları növbəti görüşlərini keçirib.

"Report"un məlumatına görə, rəqiblər Hollandiya və Polşanın zəka sahibləri olub.

Kişilərdən ibarət komanda Arkadi Naydiçin sayəsində qələbəyə nail olub. Qadınlardan ibarət komandadan isə Nərmin Kazımova qələbə qazansa da, Zeynəb Məmmədyarova və Xəyalə Abdulla uduzub.

Kişilər

Azərbaycan - Hollandiya - 2,5:1,5

Şəhriyar Məmmədyarov - Aniş Giri - 0,5:0,5

Teymur Rəcəbov - Ervin Lami - 0,5:0,5

Arkadi Naydiç - İvan Sokolov - 1:0

Rauf Mamedov - Sergey Tivyakov - 0,5:0,5

Qadınlar

Azərbaycan - Polşa - 1,5:2:5

Zeynəb Məmmədyarova - Monika Sokko - 0:1

Gülnar Məmmədova - İveta Rayliç - 0,5:0,5

Nərmin Kazımova - Karina Şçepkovska-Horovska - 1:0

Xəyalə Abdulla - Yoanna Maydan-Qajevska - 0:1

6 turdan sonra xallarını 9-a çatdıran kişilərdən ibarət yığmamız 3-cü pilləyə yüksəlib. Növbəti görüşdə qara fiqurlarla çıxış edəcək komandamızın rəqibi Latviya olacaq. Qadın millimiz isə Polşaya məğlubiyyətdən sonra 6 xalla 16-cı pilləyə enib. Növbəti turda qara fiqurlarla oynayacaq komandamızın rəqibi Ermənistan olacaq.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı Aleksandr Xalifmanın kapitanı olduğu kişilərdən ibarət seçmə komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Arkadi Naydiç, Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət komandada isə Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla, Nərmin Kazımova və Ülviyyə Fətəliyeva təmsil edir. 66 komandanın mübarizə apardığı çempionat noyabrın 22-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi