Kanada klubunun oyunçusuna xərçəng diaqnozu qoyulub
Komanda
- 18 sentyabr, 2024
- 07:48
Kanadanın “Vankuver Kenaks” hokkey klubunun hücumçusu Dakota Coşuaya xərçəng diaqnozu qoyulub.
"Report" xəbər verir ki, bu barədə Milli Hokkey Liqasının (NHL) mətbuat xidməti məlumat yayıb.
Hokkeyçi xərçəng xəstəliyinə yaxalandığını yayda bilib. O, komandasının 2024/2025 mövsümündən öncəki təlim-məşq toplanışını buraxacaq.
Artıq əməliyyat olunan hokkeyçi həkimlərin şişi uğurla çıxara bildiklərini açıqlayıb. O, ən qısa zamanda məşqlərə qayıtmaq və qarşıdakı mövsümdə oynamaq niyyətində olduğunu da bildirib.
Qeyd edək ki, D.Coşua NHL-də ötən mövsüm meydana çıxdığı 63 oyunda 18 qola, 14 məhsuldar ötürməyə imza atıb. 28 yaşlı oyunçu iyunda klubu ilə 4 illik yeni müqavilə imzalayıb. O, müqaviləyə əsasən ildə 13 milyon dollar qazanacaq.
Son xəbərlər
09:09
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (15.08.2026)
Maliyyə09:01
Foto
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir
Maliyyə09:00
Azərbaycan Premyer Liqası: I turun daha iki oyunu bu gün keçiriləcək
Futbol08:52
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı beş nəfərə çatıb – YENİLƏNİB-2
Digər ölkələr08:39
Cənubi Koreya Prezidenti KXDR ilə dinc yanaşı yaşamağa çağırıb
Digər ölkələr08:17
ABŞ "Apple" şirkətini Çinin yaddaş çiplərindən imtina etməyə çağırıb
Digər ölkələr07:53
NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır
İKT06:58
ABŞ ölkələri süni intellekt sahəsində Çinlə əməkdaşlığın fəsadları barədə xəbərdar edəcək
Digər ölkələr06:43