Kamerun millisinin 4 həndbolçusu dünya çempionatında yoxa çıxıb

Kamerun millisinin 4 həndbolçusu dünya çempionatında yoxa çıxıb Kamerun millisinin dörd həndbolçusu İspaniyanın Valensiya şəhərinin yaxınlığındakı Liriyada keçirilən dünya çempionatında yoxa çıxıb.
Komanda
11 Dekabr , 2021 09:08
Kamerun millisinin 4 həndbolçusu dünya çempionatında yoxa çıxıb

Kamerun millisinin dörd həndbolçusu İspaniyanın Valensiya şəhərinin yaxınlığındakı Liriyada keçirilən dünya çempionatında yoxa çıxıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunlar Ameli Sevani Mvua, Appolin Mişel Abena Ekobena, Yasmin Yotçum və Jodel Klaris Macufanqdır.

Abena Ekoben istisna olmaqla, digərləri dekabrın 3-də Rusiyaya qarşı mundialın qrup matçında iştirak ediblər. Oyunçular komandanın qaldığı hoteldə səhər saat 7:30-da koronavirus testinə getməyiblər.

Həndbolçuları sonuncu dəfə dekabrın 8-də hotelin qarşısında taksiyə minən zaman görüblər.

Qeyd edək ki, Kamerun seçməsi dekabrın 3-də Rusiyaya 40:18 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi