Yuxarı

​Jurnalistlər və "Azəryol" klubu rəhbərliyinin iştirakı ilə voleybol yarışı keçiriləcək

Görüş Bədən Tərbiyəsi və İdman, eləcə də Beynəlxalq Qadınlar gününə həsr olunacaq

Bakı. 1 mart. REPORT.AZ/ İdman Araşdırmalar Mərkəzi 2016-cı ildə ilk layihəsini "Azəryol" voleybol klubu ilə birgə martın 3-də həyata keçirəcək. "Report"un informasiya dəstəyi ilə təşkil olunacaq tədbir 5 mart - Bədən Tərbiyəsi və İdman günü, eləcə də 8 mart - Beynəlxalq Qadınlar gününə həsr olunacaq.

Media nümayəndələrindən formalaşmış 3 komanda (televiziyaçılar, qəzetçilər, sayt əməkdaşları) və "Azəryol" rəhbərliyindən ibarət kollektiv arasında mini-turnir keçiriləcək. Turnirə Azərbaycan Voleybol Federasiyası tərəfindən də dəstək veriləcək. Yarış məhz federasiyanın zalında təşkil olunacaq və oyunları qurumun hakimləri idarə edəcək.

Görüş cari mövsüm Avropa Voleybol Konfederasiyasının Kubokunda artıq yarımfinaladək irəliləyən Azərbaycan komandasının Rusiyanın "Dinamo" (Krasnodar) klubu ilə oyunu ərəfəsinə təsadüf edəcək. Jurnalistlər klubun rəhbərliyi və voleybolçuları ilə yaxından tanış olacaq, onlara Krasnodar səfəri öncəsi mənəvi dəstək verəcəklər.

Qeyd edək ki, tədbir saat 17:30-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi