İtaliya çempionatında 229-cu Milan derbisi olub

İtaliya çempionatında 229-cu Milan derbisi olub İtaliya çempionatının 12-ci turu çərçivəsində əzəli rəqiblər qarşılaşıb.
Futbol
8 Noyabr , 2021 02:09
İtaliya çempionatında 229-cu Milan derbisi olub

İtaliya çempionatının 12-ci turu çərçivəsində əzəli rəqiblər qarşılaşıb.

“Report” xəbər verir ki, “İnter” və “Milan” arasında görüş hər iki komanda üçün dogma olan meydanda baş tutub.

11-ci dəqiqədə 11 metrlik cəribə zərbəsini Hakan Çalhanoğlu dəqiq yerinə yetirməklə “İnter”i önə çıxarıb.

İkinci qolu da “İnter”in müdafiəçisi Stefan de Vrey vurub. Ancaq öz qapılarına. Avtoqol oyunun 17-ci dəqiqəsində qeydə alınıb. “Milan”ın qapıçısı Çiprian Teteruşanu isə oyunun 27-ci dəqiqəsində penaltini dəf edib.

Qeyd edək ki, bu 229-cu Milan derbisi olub. Bu qarşılaşmaların 77-də “Milan”, 84-də isə “İnter” meydandan qalib ayrılıb. 68 oyun heç-heçə ilə bitib. Komandalar arasında ilk oyun 1909-cu il yanvarın 10-da baş tutub və “Milan”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi