İsveç millisinin məşqçisi aeroportda bomba zarafatına görə həbs olunub

İsveç millisinin məşqçisi aeroportda bomba zarafatına görə həbs olunub İsveçin həndbol millisinin məşqçisi Danimarkanın paytaxtı Kopenhagen hava limanında baqajında bomba olduğunu bildirib.
Komanda
29 İyul , 2022 19:12
İsveç millisinin məşqçisi aeroportda bomba zarafatına görə həbs olunub

İsveçin həndbol millisinin məşqçisi Danimarkanın paytaxtı Kopenhagen hava limanında baqajında bomba olduğunu bildirib.

"Report" xəbər verir ki, o, zarafat edib ki, baqajında ​​bomba var. Belə bir hərəkət hüquq-mühafizə orqanlarına hava limanını bağlamasına və evakuasiyaya başlamasına səbəb olub.

Belə ki, baqajların təhvili zamanı isveçlidən içərisində nə olduğunu soruşublar. İddiaya görə, o bundan əsəbləşərək "bomba" olduğunu deyib. Daha sonra məlum olub ki, 29 yaşlı şübhəli şəxs komanda ilə birlikdə turnirə uçmağa hazırlaşan İsveç həndbol milli komandasının məşqçisidir və onun çantasında bomba yoxdur.

İsveç millisinin sözçüsü Robert Vedberinin sözlərinə görə, hazırda o, növbəti xəbərdarlığa qədər vəzifəsindən kənarlaşdırılıb və Danimarka polisi tərəfindən həbs olunub.

Son xəbərlər

Orphus sistemi