Azərbaycan millisinin İslamiadadakı rəqibinin heyəti açıqlanıb

Azərbaycan millisinin İslamiadadakı rəqibinin heyəti açıqlanıb V İslam Həmrəylik Oyunlarında Azərbaycanın kişi həndbol millisinin rəqibi olan Türkiyənin heyəti bəlli olub.
Komanda
26 İyul , 2022 11:39
Azərbaycan millisinin İslamiadadakı rəqibinin heyəti açıqlanıb

V İslam Həmrəylik Oyunlarında Azərbaycanın kişi həndbol millisinin rəqibi olan Türkiyənin heyəti bəlli olub.

"Report" xəbər verir ki, Türkiyə millisi baş məşqçi Okan Halayın rəhbərliyi altında 23 nəfərlik heyətlə Ankaradakı Həndbol Federasiyasının idman kompleksində məşq keçir.

Qapıçı: Coşkun Göktəpə, Enis Yatkın, Hüseyin Bərəkət

Sol cinah oyunçusu: Samet Kamberoğlu, Enis Harun Hacıoğlu

Sol oyun qurucusu: Baran Nalbantoğlu, Gənco İlanç, Fatih Çalkamış, Ali Əmrə Babacan, Sedat Yıldırım

Orta oyun qurucusu: Gökay Bilim, Atakan Şirin, Eray Karakoç, Tolqa Aşçı

Sağ oyun qurucusu: Doğukan Sarısoy, Ömür Pəhlivan, Durmuş Ali Tınkır, Cemal Kütahya

Sağ cinah oyunçusu: Doğukan Kəsər, Şevkət Yağmuroğlu

Pivot: Əmrə Engin, Alpər Aydın, İlkan Kələşoğlu

Qeyd edək ki, Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında həndbol yarışları 7 avqustda başlayacaq. 13 avqustda yarımfinallar, bundan bir gün sonra isə final və üçüncü yer uğrunda görüş keçiriləcək. Azərbaycanın kişi həndbol millisi B qrupunda Türkiyə və İranla mübarizə aparacaq. A qrupunda isə Səudiyyə Ərəbistanı, Qətər və Mərakeş yarışacaq.

Son xəbərlər

Orphus sistemi