İslamiada: Azərbaycanın kişi basketbol yığması yarımfinala yüksəlib

İslamiada: Azərbaycanın kişi basketbol yığması yarımfinala yüksəlib Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.
Komanda
17 Avqust , 2022 18:20
İslamiada: Azərbaycanın kişi basketbol yığması yarımfinala yüksəlib

Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma 1/4 finalda İordaniya seçməsi ilə qarşılaşıb. Əlavə vaxta gedən görüşdə 20:18 hesabı ilə qalib gələn komanda adını növbəti mərhələyə yazdırıb.

Millinin finala gedən yolda rəqibi İran kollektivi olacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 komandası yarımfinalda Özbəkistanla qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi