İslamiada: Azərbaycanın kişi basketbol yığması titulunu qoruya bilməyib

İslamiada: Azərbaycanın kişi basketbol yığması titulunu qoruya bilməyib Finaldakı rəqib Seneqal kollektivi olacaq
Komanda
17 Avqust , 2022 22:04
İslamiada: Azərbaycanın kişi basketbol yığması titulunu qoruya bilməyib

Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final oyununa çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, komanda həlledici matçda Seneqal seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 21:16 hesablı qələbəsi ilə bitib.

Beləliklə, Azərbaycan millisi 2017-ci ildə Bakıda keçirilmiş İslamiadanın qalibi titulunu qoruya bilməyib və gümüş medalla kifayətlənməli olub.

20:08

Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, komanda yarımfinalda İran seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 21:17 hesablı qələbəsi ilə bitib.

Finaldakı rəqib Seneqal kollektivi olacaq. Görüş Bakı vaxtı ilə saat 21:10-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi