İslamiada: Azərbaycanın basketbol yığması 1/4 finala yüksəlib
Komanda
- 15 avqust, 2022
- 15:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ardıcıl 3-cü qələbəsini qazanıb.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma bu dəfə Mərakeşi məğlubiyyətə uğradıb. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən milli komanda sonadək üstünlüyünü qoruyub - 18:11. Bununla da yığma 1/4 finala vəsiqəni təmin edib. Bu mərhələdə rəqib İordaniya olacaq.
Azərbaycanın Sudanla qrupdakı son matçı rəqibin oyuna gəlməməsi üzündən baş tutmayacaq və komanda texniki qələbə alacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı əvvəlki oyunlarında Maliyə 18:15, Türkiyəyə isə 21:12 hesabı ilə qalib gəlib.
Son xəbərlər
20:50
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub
Komanda
20:46
Yəmən ordusu xüsusi əməliyyatlar zamanı 173 husinin zərərsizləşdirildiyini açıqlayıb
Digər ölkələr
20:31
Macarıstan parlamenti ABŞ ilə atom enerjisi sahəsində sazişi təsdiqləyib
Energetika
20:21
Foto
Ankarada Sürəyya Ağaoğlunun xatirəsinə beynəlxalq simpozium keçirilib
Xarici siyasət
20:12
Lavrov: Moskva və Vaşinqton arasında çox sayda ziddiyyət hələ də qalır
Region
20:02
Məmməd Talıbov: "Azərbaycan-Belçika ticarət dövriyyəsi əlaqələrin potensialını göstərir"
Biznes
19:58
Frepon: "Bakı-Brüssel birbaşa aviaəlaqəsi iki xalq arasında əlaqələri möhkəmləndirəcək"
İnfrastruktur
19:56
Səfir: Belçika Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyini davam etdirir
Xarici siyasət
19:43
Foto
Azərbaycan millisinin 2 boksçusu U-23 Avropa çempionatına qələbə ilə başlayıb
Fərdi