İslamiada: Azərbaycan millisinin rəqibində dəyişiklik olunub
- 27 iyul, 2022
- 05:51
Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında kişi həndbolçulardan ibarət Azərbaycan millisinin rəqibi Türkiyənin heyətində dəyişiklik olunub.
"Report" xəbər verir ki, Ankaradakı ilk təlim-məşq toplanışında iştirak edən "23-lük"dən 4 həndbolçu heyətdən çıxarılıb.
Bunlar qapıçı Coşkun Göktəpə, sol oyun qurucuları Gənco İlanç, Fatih Çalkamış və sağ oyun qurucusu Ömür Pəhlivandır.
Digər 19 həndbolçu 29-31 iyul tarixlərində Ankarada baş tutacaq ikinci təlim-məşq toplanışında iştirak edəcək. Bundan sonra yekun heyət bəlli olacaq.
Qeyd edək ki, V İslam Həmrəylik Oyunlarında həndbol yarışları 7 avqustda başlayacaq. 13 avqustda yarımfinallar, bundan bir gün sonra isə final və üçüncü yer uğrunda görüş keçiriləcək. Azərbaycanın kişi həndbol millisi B qrupunda Türkiyə və İranla mübarizə aparacaq. A qrupunda isə Səudiyyə Ərəbistanı, Qətər və Mərakeş yarışacaq.