Yuxarı
    Bağlamaq

    ​İdman dırmanması üzrə “Ümid-1” yarışı sona çatıb

    Ümumi nəticələrə görə “Qafqaz” komandası I yerə çıxıb

    Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında idman dırmanması üzrə növbəti “Ümid-1” yarışı başa çatıb. FAİREX-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “ClimBaku” idman dırmanması mərkəzində keçirilən yarışda federasiyanın “Ekosport”, “Salavat”, “AMEAST”, “Qərb Universiteti”, “FHN”, “Şahdağ”, “Caspian”, “Qax”, “Babadağ”, “Şahdağ Kompleksi”, “Qafqaz”, “Memarlıq”, “Gənclik”, “İrəli Extrim”, “Aviasiya”, “Climb club”, “Rock Stone”, “Kəmərqaya”, “Daşkəsən”, “Gəncə”, “Zirvə”, “Black Stone” və “AMA” klublarının idmançıları iştirak edib.

    İftixar Fərhadov (“Qafqaz”), Rəşid Əliyev (“Extralife”) və Cavid Süleymanlı (“Extralife”) oğlanlar, Leyla Əhmədova (“AMEAST”), Fidan Hüseynova (“AMEAST”) və Fatimə Səfərova (“Qərb Universiteti”) qızlar arasında ilk 3 yeri tutub. 

    Qeyd edək ki, komandalararası yarışda ümumi nəticələrə görə “Qafqaz” komandası I, “Qərb Universiteti” komandası II, “Salavat” komandası isə III yerə çıxıb. Qaliblərə kubok, medal və diplomlar təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi