Yuxarı
    Bağlamaq

    İspaniyanın "Valensiya" klubunun baş məşqçisi istefaya göndərilib

    İstefaya səbəb kimi yarasaların yeni mövsümün startındakı qeyri-qənaətbəxş nəticələri göstərilib

    Bakı. 21 sentyabr. REPORT.AZ/ İspaniyanın "Valensiya" klubunun baş məşqçisi Pako Aestaran istefaya göndərilib. 

    "Report"un məlumatına görə, bu barədə qərar klubun direktorlar şurasının iclasında qəbul olunub.

    İstefaya səbəb kimi "yarasalar"ın yeni mövsümün startındakı qeyri-qənaətbəxş nəticələri göstərilib. Baş məşqçi səlahiyyətlərinin icrası daha çox Voro kimi tanınan Salvador Qonsalesə tapşırılıb.

    Qeyd edək ki, "Valensiya" La Liqanın ilk 4 turunda 4 məğlubiyyətlə üzləşib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi