Yuxarı

İranlı futzalçı: "Azərbaycan millisinin güclü komanda olduğunu bilirik"

Məşqçilər heyətimiz bu komandanın 2 oyununu izləyib

Bakı. 25 avqust. REPORT.AZ/ "Əvvəllər heç vaxt qarşılaşmasaq da, Azərbaycan millisinin güclü komanda olduğunu bilirik". "Report"un məlumatına görə, bunu İranın futzal üzrə milli komandasının üzvü Hüseyn Tayebi Kolumbiyada keçiriləcək dünya çempionatındakı rəqiblərini FİFA-nın rəsmi saytı üçün dəyərləndirərkən deyib.

O bildirib ki, Azərbaycanla oynayacaqları F qrupundakı son qarşılaşmaya da qələbə üçün çıxacaqlar: "Məşqçilər heyətimiz bu komandanın 2 oyununu izləyib. Onlar rəqibin bəzi müsbət cəhətlərini bizə bildiriblər. Amma biz qələbə naminə oynayırıq və bu görüş də istisna olmayacaq".

28 yaşlı futzalçı hədəflərinin yarımfinaladək yüksəlməkdən ibarət olduğunu da əlavə edib.

Qeyd edək ki, İran - Azərbaycan qarşılaşması sentyabrın 18-də keçiriləcək. Bunadək Azərbaycan millisi sentyabrın 12-də Mərakeşlə, sentyabrın 15-də İspaniya ilə üz-üzə gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi