Yuxarı

Azərbaycanın 3 idmançısı Rumıniyada qızıl medal qazanıb - FOTO

Gərgin mübarizədə 3 idmançımız Avropa çempionu adını qazanıb

Bakı. 15 May. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərində Muay-Tay WTKA versiyası üzrə Avropa çempionatı keçirilib.

"Report" xəbər verir ki, çempionatda Azərbaycanı 5 idmançıdan ibarət komanda təmsil edib. Böyüklərin yarışında – Abdulrəhman Abdullayev (54 kq), Alid Məmmədzadə (67 kq) və Fərid Məmmədzadə (70 kq), gənclərin yarışında isə -Mirfaiq Qəniyev (51 kq) və Müslüm Salahov (60 kq) çıxış ediblər.

Gərgin mübarizədə 3 idmançımız kürsünün ən yüksək pilləsinə çıxaraq, Avropa çempionu adını qazanıb və ölkəmizə 3 qızıl medal gətirib. Bunlar Mirfayiq Qəniyev, Alid Məmmədzadə və Abdulrəhman Abdullayevdir.

Qeyd edək ki, komandanın baş məşqçisi və rəhbəri Şəhriyar İsayevdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi