Yuxarı

İdman ictimaiyyətinin əksər nümayəndələri Yeni İli xaricdə qarşılamayacaq - SORĞU

Ola bilsin, hər hansı bir bölgəyə səfərə gedək

Bakı. 31 dekabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında qış fasiləsi yarandığından hər bir komanda bu fürsəti müxtəlif cür dəyərləndirib. Bəzi komandalar fasilədən sonra daha yaxşı çıxış etmək üçün xarici ölkəyə üz tutur, bəziləri isə ölkə daxilində hazırlığını davam etdirir.

Lakin qış təlim-məşq toplanışından öncə əksəriyyət Yeni İli qarşılamağa hazırlaşır. Kimi evində ailəsinin, dostlarının yanında, kimi isə başqa ölkələrə üz tutur və bayramı orada qeyd edir. Təbii ki, göz önündə olmayanların bayramı harada qeyd edəcəyi çoxlarına maraqlı gəlməsə də, gündəmdə olan insanlar hər kəsin nəzər nöqtəsindədir. Bu məqsədlə "Report" idman ictimaiyyətinin bəzi nümayəndələrinin bayramı harada qeyd etməsi ilə bağlı sorğu aparıb...

Nəticələr göstərir ki, idman camiəsinin əksər nümayəndələri Yeni İli Azərbaycanda qarşılayacaq və xarici ölkələrə səfər olmayacaq...

Kamran Quliyev ("Sumqayıt"ın prezidenti): "Mən Yeni İli əzizlərimlə, dostlarımla birgə qeyd edəcəm. Ailəvi dostlar var, onlarla yığışıb bayramı qeyd edəcəyik. Ola bilsin ki, bağ evində bir araya gəldik".

Anar Bəkirov ("Simurq"un prezidenti): "Bayramı ailəmlə Bakıda qeyd edəcəyəm. Heç bir yerə səfər olmayacaq. İşlər çox olduğundan, vaxt yoxdur".

Ağasəlim Mircavadov: (Məşqçilər Komitəsinin üzvü): "Heç bir yerə getməyəcəyəm. Bayramı ailəmlə birgə evdə qeyd edəcəyəm. Mənim üçün ən dəyərli insanlar onlardır".

Ruslan Poladov ("Sumqayıt"ın futbolçusu): "Yeni İli doğmalarımla birgə qeyd edəcəm. Heç bir xarici ölkəyə səfər olmayacaq. Ola bilsin, ailəmlə birgə hər hansı bir bölgəmizə səfər edək".

Mahmud Qurbanov (Azərbaycan yığmasının məşqçisi): "Heç bir xarici ölkədə qeyd etməyəcəyəm. Ailəmlə birgə Bakıda olacağam. Yeni İli burada qarşılayacağıq".

Araz Abdullayev ("Neftçi"nin futbolçusu): "Mən Yeni İli qeyd etməyəcəyəm. Bunlar bizlik deyil. Tezliklə Kərbəla ziyarətinə yollanacağam. Dekabrın 31-də, ya da yanvarın 1-də yola düşəcəyəm".

Fərhad Vəliyev ("Qarabağ"ın qapıçısı): "Heç bir xarici ölkəyə getməyi planlaşdırmıram. Ola bilsin, Bakıda, ya da Sumqayıtda olum".

Rəşad Əhmədov (Keçmiş taekvondoçu): "Yeni İli ailəmlə birgə qeyd edəcəyik. Bayramda evdə olacağıq. Ola bilsin, bayramdan sonra Qusara getdim".

Vüqar Nadirov ("Qarabağ"ın futbolçusu): "Bayramı evdə ailəmlə qeyd edəcəyəm. Ola bilsin, hər hansı bir bölgəyə səfər olsun. Ancaq planda heç bir xarici ölkə səfəri yoxdur".

Şahin Diniyev (Məşqçilər Komitəsinin üzvü): "Yeni İli evdə qarşılayacağıq. Evdə ailəmlə birgə olacam. Yanvarın 1-də isə Rusiyanın Sankt-Peterburq şəhərinə Qranatkin turnirinə gedəcəyəm".

Arif Əsədov ("Neftçi"nin baş məşqçisi): "İşlərim çoxdur. Buna görə də ölkə xaricinə çıxmayacağam. Ola bilsin, bir günlük rayona gedim gəlim. Amma bayramı evdə, ailəmlə birgə qeyd edəcəyəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi