Yuxarı
    Bağlamaq

    ​Hollandiya millisinin Bakıya gələcək heyəti açıqlanıb

    Siyahıda 14 futzalçı yer alıb

    Bakı. 7 aprel. REPORT.AZ/ Futzal üzrə Hollandiya yığması dünya çempionatının "pley-off" mərhələsinin cavab oyunu çərçivəsində Azərbaycan milli komandası ilə keçirəcəyi görüş üçün heyətini açıqlayıb. "Report"un məlumatına görə, siyahıda 14 futzalçının adı yer alıb.

    Bunlar Tevfik Ceyar, Mohamed Darri, Jamal Əl-Qannuti, Manuel Kuyk, Ennes van Masbommel, Mohamed Attaibi, Amir Molkarai, Mats Velsebur, Anes Besliya, Yoşua Sent Juste, Zakaria Amrani, Karim Mossaui, Said Buzambu və Zaid Əl-Morabitidir.

    Qeyd edək ki, aprelin 12-də Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq. İlk görüşdə Azərbaycan millisi 5:1 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsində qalib komanda 10 sentyabr - 2 oktyabrda Kolumbiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi