"Heydər zirvəsi"nə kütləvi yürüş başa çatıb

"Heydər zirvəsi"nə kütləvi yürüş başa çatıb Yürüş iştirakçıları 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxıblar
Komanda
11 May , 2016 10:28
Heydər zirvəsinə kütləvi yürüş başa çatıb

Bakı. 11 may. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə təşkil olunan kütləvi yürüş başa çatıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Mayın 6-dan başlayaraq qruplara bölünən iştirakçılar təşkilatlanmış qaydada əvvəlcədən müəyyənləşdirilən marşruta uyğun olaraq, bələdçilərin müşayiəti ilə "Heydər zirvəsi"nə doğru yürüş edib. Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulan düşərgədə gecələdikdən sonra dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

"Heydər zirvəsi"nə Azərbaycanın bütün bölgələrindən çoxlu sayda ziyarətçi qalxaraq dünya şöhrətli şəxsiyyətə olan sevgisini və ehtiramını bu yürüşə qoşulmaqla ifadə edib. 

Son xəbərlər

Orphus sistemi