Gənclər və İdman Nazirliyi ilin yekunları ilə bağlı nominasiya sayını azaldıb

Gənclər və İdman Nazirliyi ilin yekunları ilə bağlı nominasiya sayını azaldıb "Əsas hazırlıqlarımızı Avropa Oyunlarının keçiriləcəyi 2015-ci ilə yönəltmişik"
Komanda
17 Dekabr , 2014 12:23
Gənclər və İdman Nazirliyi ilin yekunları ilə bağlı nominasiya sayını azaldıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Gənclər və İdman Nazirliyinin 2014-cü ilin yekunlarına həsr olunmuş təntənəli mərasiminin vaxtı və yeri açıqlanıb. Bu barədə "Report"a Nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib. 

M.Rəhimovun sözlərinə görə, tədbir dekabrın 24-də yenə "Buta Palace"da təşkil olunacaq. Nazirlik rəsmisi əvvəlki illərlə müqayisədə nominasiya sayının az olacağını bildirib: "Bu dəfə İlin komandası, İlin məşqçisi və ən yaxşı idmançılardan ibarət "10-luq" mükafatlandırılacaq. Əsas hazırlıqlarımızı Avropa Oyunlarının keçiriləcəyi 2015-ci ilə və Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının təşkil olunacağı 2016-cı ilə yönəltmişik". 

Qeyd edək ki, əvvəllər ilin yekunları ilə bağlı mərasimdə daha çox nominasiya üzrə qaliblər və hətta 2012-ci il - İdman İlinin yekununda ən yaxşı "20-lik" təltif olunub. 

Son xəbərlər

Orphus sistemi