Gənclər və İdman Nazirliyi: "Bu il basketbol tədbirlərinə 300 min manat xərclənib"

Gənclər və İdman Nazirliyi: "Bu il basketbol tədbirlərinə 300 min manat xərclənib" Azərbaycan çempionatlarında icarə haqqları və mükafatlar Nazirlik tərəfindən ödənilib
Komanda
11 Oktyabr , 2017 16:15
Gənclər və İdman Nazirliyi: Bu il basketbol tədbirlərinə 300 min manat xərclənib
Report.az

Bakı. 11 oktyabr. REPORT.AZ/ Gənclər və İdman Nazirliyi Azərbaycan Basketbol Federasiyasının ciddi problemlərlə üzləşdiyinə dair xəbərlərə münasibət bildirib. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 2017-ci ildə basketbolla bağlı tədirlərə 300 min manata yaxın vəsait xərclənib. Bildirilir ki, il ərzində iki dəfə Azərbaycan çempionatı və birinciliklərinin zona və final oyunları keçirilib. Avropa birinciliyinə üç yaş qrupu üzrə (16, 18, 20) yığma komandalar tam heyətlə ezam olunublar.

Yeniyetmələrin I Respublika Oyunları çərçivəsində kişilər arasında Şəmkir, Qax və Oğuzda zona və final yarışları təşkil edilib.

Həmçinin 18 yaşadək kişilərdən ibarət milli 2 dəfə Gürcüstanın açıq çempionatına, əsas yığma isə 2 dəfə Qırğızıstanın paytaxtı Bişkekə beynəlxalq turnirə ezam olunub.

İl ərzində 20 yaşadək kişilərdən ibarət yığmanın Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirməsinə şərait yaradılıb. 3x3 basketbol yığmasının isə Özbəkistanın paytaxtı Daşkəndə səfər etməsinə köməklik göstərilib.

Azərbaycan çempionatlarında icarə haqqları və mükafatları da nazirlik ödəyib.

Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyasının ciddi problemlərlə üzləşdiyi barədə xəbəri unikal.org yayıb. 

Son xəbərlər

Orphus sistemi