Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dekabrın 22-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Şirvan şəhər, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinləri iştirak edəcək.
Şirvan şəhəri Mərkəzi Mədəniyyət Evində (Şirvan şəh., Gülbala Şıxbala oğlu küçəsi) başlanacaq qəbul üçün vətəndaşların qeydiyyatı 16-21 dekabr saat 09:00-dan 18:00-dək aparılacaq.