"Gəncə"nin baş məşqçisi: "Diqqətimizi üçüncü oyuna yönəltmişik"
Komanda
- 20 aprel, 2025
- 17:16
Artıq diqqətimizi üçüncü oyuna yönəltmişik.
"Report"un məlumatına görə, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı deyib.
Türkiyəli mütəxəssis "Şəki"yə evdə qalib gəldikləri (94:71) Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Komandamı göstərdiyi mübarizəyə görə təbrik edirəm. Kollektiv olaraq basketbolçularımızın hər birinin fikri qələbə qazanmaq idi. Yaxşı oynadıq. İlk matçda da yaxşı çıxış etmişdik. Bir-iki sadə səhv bizi istəyimizdən etmişdi".
Qeyd edək ki, ilk qarşılaşmada "Şəki" qalib gəldiyi (85:84) üçün növbəti raunda yüksələn komanda üçüncü görüşdə bəlli olacaq. Cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" duelinin güclüsü ilə üz-üzə gələcək.
Son xəbərlər
16:00
Famil Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Daxili siyasət15:59
Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır
Daxili siyasət15:58
Azərbaycan və Özbəkistan energetika sahəsində Yol Xəritəsi imzalayıb
Energetika15:57
Vuçiç Serbiyada İsrail istehsalı dronların yığılması üzrə zavodun açılışını edib
Digər ölkələr15:55
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
Komanda15:45
"Trabzonspor" yeni baş məşqçisini açıqlayıb
Futbol15:44
"Norm" ASC 2025-ci ildə rekord gəlir əldə edib
Biznes15:44
Foto
İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib - YENİLƏNİB
Daxili siyasət15:35