Gəncə. 17 sentyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşəbüsü ilə keçirilən "Gəncə Marafonu-2017" marafonuna start verilib.
"Report"un Qərb bürosunun məlumatına görə, marafonda müxtəlif yaşlarda olan ümumilikdə 11 min iştirakçı var.
Onların arasında atletlər, siyasətçilər, tanınmış şəxslər və incəsənət adamları da yer alıb. “İradənlə tarix yaz” və “Marafonda bizimlə ol” şüarları altında keçirilən marafonda Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxstan, Ukrayna, İngiltərə, İspaniya və İtaliya vətəndaşları da iştirak edir.
Marafon iştirakçıları qalib gəlmək üçün 17 kilometrlik masafəni qət etməlidirlər.










