Futzal üzrə Qazaxıstan milli komandası Azərbaycanda iki yoxlama oyunu keçirəcək

Futzal üzrə Qazaxıstan milli komandası Azərbaycanda iki yoxlama oyunu keçirəcək Matçlar 23 və 24 sentyabr tarixlərinə nəzərdə tutulub
Komanda
23 Avqust , 2017 09:54
Futzal üzrə Qazaxıstan milli komandası Azərbaycanda iki yoxlama oyunu keçirəcək

Bakı. 23 avqust. REPORT.AZ/ Futzal üzrə Qazaxıstan milli komandası iki yoxlama oyunu keçirmək üçün Azərbaycana gələcək.

“Report” qonşu ölkənin "Kayrat" klubunun rəsmi saytına istinadən xəbər verir ki, matçlar 23 və 24 sentyabrda nəzərdə tutulub. Qazaxıstan yığmasının hansı komanda ilə qarşılaşacağı barədə məlumat verilmir.

Qeyd edək ki, iyunda Joze Alesio Da Silva yenidən Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Bunadək 2009 - 2014-cü illərdə də yığmaya rəhbərlik edən braziliyalı mütəxəssis son olaraq məhz Qazaxıstanda çalışıb. Joze Alesio bu ölkənin “Kayrat” klubunun və milli komandasının baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi