Yuxarı

Futzal üzrə dünya çempionatının qalibi müəyyənləşib

Argentina tarixində ilk dəfə dünya çempionu olub

Bakı. 2 oktyabr. REPORT.AZ/ Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, finalda Argentina və Rusiya yığmaları üz-üzə gəlib. Görüş cənubi amerikalıların qələbəsi ilə yekunlaşıb - 5:4.

Bununla da Argentina tarixində ilk dəfə dünya çempionu olub. Rusiya isə 1996-cı ildə əldə etdiyi bürünc medalı "gümüş"ə çevirib.

Qeyd edək ki, bu dəfə bürünc medal İrana qismət olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi