Yuxarı
    Bağlamaq

    Futzal üzrə dünya çempionatında bütün 1/8 final cütlükləri müəyyənləşib

    Azərbaycan millisi Taylandla sentyabrın 21-də qarşılaşacaq

    Bakı. 19 sentyabr. REPORT.AZ/ Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 1/8 final mərhələsinin oyunlarının vaxtı və yeri açıqlanıb. "Report"un məlumatına görə, 1/4 finala vəsiqə üçün mübarizə sentyabrın 21-dən start götürəcək.

    Oyunlar Bakı vaxtı ilə gecə saat 02:30-dan başlayacaq. Azərbaycan futzalçıları sentyabrın 23-də saat 02:30-da Tayland yığması ilə qarşılaşacaq.

    Dünya çempionatı, 1/8 final

    21 sentyabr

    02:30. Rusiya - Vyetnam

    Medellin. "Coliseo Ivan de Bedout"

    05:00. Kolumbiya - Paraqvay

    Kali. "Coliseo el Pueblo"

    22 sentyabr

    02:30. Braziliya - İran

    Bukaramanqa. "Coliseo Bicentenario"

    02:30. İspaniya - Qazaxıstan

    Medellin. "Coliseo Ivan de Bedout"

    05:00. Portuqaliya - Kosta Rika

    Kali. "Coliseo el Pueblo"

    23 sentyabr

    02:30. Argentina - Ukrayna

    Bukaramanqa. "Coliseo Bicentenario"

    02:30. Tayland - Azərbaycan

    Medellin. "Coliseo Ivan de Bedout"

    05:00. İtaliya - Misir

    Kali. "Coliseo el Pueblo"

    Qeyd edək kii, 1/4 final oyunları 24-25 sentyabrda keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi