Futzal üzrə Birinci və İkinci Liqalarda yarışacaq komandalar bəlli olub

Futzal üzrə Birinci və İkinci Liqalarda yarışacaq komandalar bəlli olub Futzal üzrə 2019/2020 mövsümündə Azərbaycanın Birinci və İkinci Liqalarında iştirak edəcək komandalar siyahısı bəlli olub.
Komanda
20 Avqust , 2019 14:25
Futzal üzrə Birinci və İkinci Liqalarda yarışacaq komandalar bəlli olub

Futzal üzrə 2019/2020 mövsümündə Azərbaycanın Birinci və İkinci Liqalarında iştirak edəcək komandalar siyahısı bəlli olub.

Azərbaycan Futzal Federasiyasının Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hər bir yarışda 20 kollektiv mübarizə aparacaq. Birinci Liqada “Standard”, “Baku Fire-2”, AZMİU, ADBTİA, “Zəngilan”, “Harmony Otel”, “Metropoliten”, “Xızı Yasamal”, “Ulduz”, “Çinar”, “Forza Neftçi”, “Yasamal” İSK-2, “Star karqo”, “Baku Fans”, U-19, “Təhsil”, “Rayyan” MFK, “Zirvə”, “Qarabağ-Füzuli” və BNA yer alacaq.

İkinci Liqada isə NTD, “Baker Tilly”, “Kaspar”, “Təbriz”, “Borçalı”, “Advokat”, “Star karqo-2”, “ASCO Dənizçi”, “Emin spor”, “Baku Fire-3”, “Zülfüqar”, “Hövsan”, “Bibi-Heybət”, “Gənclik” İK, “Dalğa”, “Bədr Xocalı”, “Baker Hughes”, “Atletiko Baku”, “Timsport” və “Altay” qüvvəsini sınaycaq.

Ötən mövsümlə müqayisədə Birinci Liqada iştirakçıların sayı 16-dan 20-yə yüksəlibsə, İkinci Liqada sabit qalıb.

Xatırladaq ki, yeni mövsümdə Azərbaycan Yüksək Liqasında 10 komanda olacaq. Bunlar “Araz”, EKOL, “Neftçi” İK, “Yasamal” İSK, “Marafon Futsal”, “Baku Fire”, “Record club”, “Xəzər” (Yardımlı), TFF-55 (Tələbə Futbol Federasiyasının) və “Quba Premyer”dir.

Yeni mövsümünün püşkü sentyabrın 4-də atılacaq. Bakı İdman Sarayının Mətbuat Konfransı otağında təşkil ediləcək mərasim saat 11:30-da başlayacaq. Əvvəlcə Yüksək Liqanın püşkü atılacaq. Saat 12:00-da Birinci, saat 12:30-da isə İkinci Liqanın püşkatma mərasimi olacaq.

Son xəbərlər

Orphus sistemi