Yuxarı

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Turnirdə 13 futzalçı iştirak edəcək

Bakı. 1 sentyabr. REPORT.AZ/ Futzal üzrə Azərbaycan millisinin Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Ziller Junior Milton Luiz 13 futzalçının xidmətindən yararlanacaq.

Onlar Rövşən Hüseynli, Emin Kürdov, Rizvan Fərzəliyev, Vitali Borisov, Tyaqo Teles Martins, İsa Atayev, Xətai Bağırov, Fineo de Araujo, Eduardo Mello Borges, Ramiz Çovdarov, Fabio Jose Polletto, Villiams Oliveira Do Nascimento və Everton Kardosadır.

Dünya çempionatı sentyabrın 10-da start götürəcək və oktyabrın 1-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi