Futzal üzrə Azərbaycan millisi bir il müddətinə braziliyalıya tapşırılıb

Komanda
  • 26 may, 2016
  • 10:09
Futzal üzrə Azərbaycan millisi bir il müddətinə braziliyalıya tapşırılıb

Bakı. 26 may. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib. AFFA-dan "Report"a verilən məlumata görə, milli komandaya braziliyalı mütəxəssis Milton Luiz Ziller Junior rəhbərlik edəcək.

O, millini Kolumbiyada keçiriləcək dünya çempionatına hazırlayacaq. Braziliyalı baş məşqçi ilə 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, bundan öncə milli komandaya Tino Peres rəhbərlik edib.