Yuxarı
    Bağlamaq

    Futzal üzrə Azərbaycan milli komandası 2018-ci il Avropa çempionatının əsas seçmə mərhələsinə qələbə ilə başlayıb

    Biro Jadenin rəhbərlik etdiyi yığma ilk görüşdə Bosniya və Herseqovina millisini üstələyib

    Bakı. 8 aprel. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandası 2018-ci il Avropa çempionatının əsas seçmə mərhələsinə qələbə ilə başlayıb.

    "Report"un məlumatına görə, B qrupunun favoritlərindən hesab olunan Biro Jadenin rəhbərlik etdiyi yığma ilk görüşdə Bosniya və Herseqovina millisini üstələyib - 5:4.

    Qrupdakı digər oyunda isə Macarıstan Albaniyanı 4:3 hesabı ilə məğlub edib.

    Qeyd edək ki, B qrupunun bütün oyunları Bakı İdman Sarayında keçiriləcək. Azərbaycan millisi aprelin 10-da Albaniya yığması ilə qarşılaşacaq. Görüş saat 18:30-da başlayacaq.

    AÇ-2018-in seçmə mərhələsi

    B qrupu, I tur

    8 aprel

    18:30 Azərbaycan – Bosniya və Herseqovina - 5:4

    Qollar: Eduardo, 3. Everton Kardozo, 18. Tyaqo Bolinya, 19; 20; 33 - Dario Markiç 7; 16. Deyan Pavloviç, 19. Srdyan İvankoviç, 40

    Hakimlər: Timo Onatsu (Finlandiya), Lars van Leuven (Hollandiya)

    Bakı İdman Sarayı

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi