Formula-1 komandasının rəhbəri yarışların Azərbaycanda keçirilməsi qərarını dəstəkləyib

Formula-1 komandasının rəhbəri yarışların Azərbaycanda keçirilməsi qərarını dəstəkləyib "Jurnalistin vizanı necə alacağı onun öz problemidir"
Komanda
25 İyul , 2015 15:40
Formula-1 komandasının rəhbəri yarışların Azərbaycanda  keçirilməsi qərarını dəstəkləyib

Bakı. 25 iyul. REPORT.AZ/ Formula-1 yarışlarında iştirak edən "Torro Rosso" komandasının rəhbəri Frans Tost gələn il Azərbaycanda yarışların keçirilməsi qərarını dəstəkləyib.

"Report"un GMANews.com saytına istinadən verdiyi xəbərə görə, bunu Frans Tost bu gün Macarıstanda keçirilən Formula-1 yarışlarının təsnifat mərhələsi öncəsi baş tutan mətbuat konfransında bəyan edib.

Jurnalistlərin "Azərbaycanda söz azadlığı və jurnalistlərin yarışların işıqlandırmasına lazımi icazənin verilməməsi" ilə bağlı suala cavabında F.Tost bildirib ki, bu məsələ onu maraqlandırmır və əgər hər hansı bir jurnalistə viza verilmirsə, bunun müəyyən səbəbləri ola bilər: "Biz sadəcə, yarışların keçirildiyi yerə gedirik, vəssalam. Vizanı necə alacağınız isə sizin probleminizdir".

Komandanın rəhbəri vurğulayıb ki, idman siyasətdən uzaq olmalıdır: "Biz ölkəyə siyasi səbəblərə görə getmirik. Əgər bu, belə olsaydı, mən təsəvvür etmirəm ki, biz hardasa yarışa bilərdik".  

Son xəbərlər

Orphus sistemi