Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Basketbol Federasiyasının fəaliyyətindən narazı olan klubların nümayəndələri ilə
"Report"un məlumatına görə, klub nümayəndələri Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurovla görüşüblər.
Klub rəsmiləri məsələ ilə bağlı öz fikirlərini, istək və tələblərini çatdırıblar. Görüşdə NTD komandasının prezidenti Bəhram Abdinov, "80-ci illər" klubunun məşqçisi Konstantin Volkov, "Alov" klubunun rəhbəri Nicat Mirzəyev, ADNSU komandasının baş məşqçisi Əli Məmmədov və Azərbaycan yığmasının sabiq basketbolçusu Fuad Niftləlyev iştirak ediblər.
Qərara alınıb ki, klubların nümayəndələri ilə daha bir görüş keçirilsin və daha sonra müvafiq qərar verilsin.