Faiq Qarayev: Yığmaya qayıtmağımın səbəbi Azərbaycanda voleybolun inkişaf etdirilməsidir

Faiq Qarayev: Yığmaya qayıtmağımın səbəbi Azərbaycanda voleybolun inkişaf etdirilməsidir Yığmaya qayıtmağımın səbəbi Azərbaycanda voleybolun inkişaf etdirilməsidir.
Komanda
7 May , 2024 13:07
Faiq Qarayev: Yığmaya qayıtmağımın səbəbi Azərbaycanda voleybolun inkişaf etdirilməsidir

Yığmaya qayıtmağımın səbəbi Azərbaycanda voleybolun inkişaf etdirilməsidir.

"Report"un məlumatına görə, bunu Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının baş məşqçisi Faiq Qarayev komandanın Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan məşqindən sonra jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis hazırlıqların yaxşı getdiyini söyləyib: “Hazırlıqlar yaxşıdır, amma vaxt çox azdır. Ölkə çempionatı bitdikdən sonra bir həftə vaxtımız var. mayın 9-da yola düşürük. Təcrübəmiz var. Bilirsiniz ki, 2026-cı ildə voleybol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək. İndidən hazırlıqlara başlamışıq".

F.Qarayev xaricdə oynayan azərbaycanlı voleybolçuları ölkəyə qaytarmaq istədiklərini bildirib: "Gördüyünüz kimi, nə qədər gənc voleybolçu var. Digər oyunçuların taleyinə gəlincə, bizə lazım olanlar 2026-cı ildə keçiriləcək yarışa dəvət alacaqlar. Əksəriyyətinin zədəsi var. Çempionatlar hələ davam edir. Biz də belə qərara gəldik ki, gəncləri indidən hazırlayaq. Qələbə haqda danışmaq hələ tezdir. Əksəriyyəti heç klublarında oynamayıblar. Uduzmaqdan qorxmamalıyıq. Çünki hələ vaxtımız var. Xaricdə oynayan gəncləri Azərbaycan klublarına qaytarmaq lazımdır. Federasiya ilə birlikdə belə qərara gəlmişik".

Baş məşqçi hazırlıqdan razı qaldığını vurğulayıb: "Məşqlərdən razıyam. Amma bu voleybolçulara ən azı bir il vaxt lazımdır ki, böyüsünlər. Bu, 6-7-ci nəsildir ki, əlimdən keçir. Azərbaycanda voleybolun inkişafı üçün əlimizdən gələni edəcəyik. Gördüyünz kimi, xeyli məşqçimiz də var. Biz yaşlanırıq, Allah qoysa, onlar yerimizi tutacaqlar. Həm məşqçilərə, həm də oyunçulara uğurlar arzulayıram. Arzum budur ki, voleybol Azərbaycanda öz yerini tapsın”.

O, heç kimlə probleminin olmadığını deyib: “Elə insanam ki, heç kimlə problemim yoxdur. Odina Əliyevanı çox istəyirəm. Onları mən böyütmüşəm. Kollektivdəki oyunçuların hamısını sevirəm. Bilirsiniz ki, heyətdə Polina Rəhimova, Yelizaveta Səmədova, Ayşən Əbdüləzimova var. Bu oyunçular hamısı “qızıl fond”dur. Amma gəncləri toplamışıq ki, təcrübəlilərlə vəhdət təşkil edək. Xorvatiya, Slovakiya, İsveç, Rumıniya çox güclü rəqiblərdir. Məqsəd bir neçə ilə komandanı formalaşdırmaqdır”.

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Xorvatiyaya qarşı keçirəcək. Mayın 18-də isə Faiq Qarayevin yetirmələri Slovakiya ilə qarşılaşacaq. Hər iki matç Xorvatiyada baş tutacaq.

Son xəbərlər

Orphus sistemi