Əmrah Çəlikəl: "Qarşıdakı mövsümdə də ölkəmizi yüksək səviyyədə təmsil edəcəyik"

Əmrah Çəlikəl: "Qarşıdakı mövsümdə də ölkəmizi yüksək səviyyədə təmsil edəcəyik" Qarabağ" yeni transferlərə çempionat yekunlaşdıqdan sonra başlayacaq
Komanda
1 May , 2016 21:48
Əmrah Çəlikəl: Qarşıdakı mövsümdə də ölkəmizi yüksək səviyyədə təmsil edəcəyik

Bakı. 1 May. REPORT.AZ/ "Bizi çempionluq münasibətilə təbrik edən hər kəsə təşəkkürümü bildirirəm. Qarşıdakı mövsümdə də ölkəmizi yüksək səviyyədə təmsil edəcəyik" - Bunu "Report"a açıqlamasında "Qarabağ" futbol klubunun direktoru Əmrah Çəlikəl deyib.

O bildirib ki, klub prezidenti Tahir Gözəl hazırda xaricdə olsa da, komanda ilə mütəmadi əlaqə saxlayıb və "Zirə" ilə matçı da izləyib: "O da təbriklərini komandaya, azarkeşlərimizə çatdırıb".

Çəlikəl komandanın mükafatlandırılmasının rəhbərliyin işi olduğunu bildirib: "Yəqin ki, mükafatlandırma həmişəkitək ən layiqli şəkildə, yaxşı səviyyədə olacaq".

Bu mövsümü də "qızıl dubl"la başa vurmaq istədiklərini deyən "Qarabağ" rəsmisi yeni transferlər üzərində işə çempionat yekunlaşdıqdan sonra başlayacaqlarını vurğulayıb. O, hələ çempionluq kubokunu Ağdama aparmalarına dair qərar qəbul edilmədiyini əlavə edib: "Hələ danışırıq. Tam qərar qəbul etməmişik, amma belə bir niyyətimiz var".

Son xəbərlər

Orphus sistemi