Emin Əmrullayev: "Azərbaycan millisi ölkə qadın basketbolu tarixində ilkə imza atdı"
Komanda
- 05 iyul, 2025
- 09:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunun ilk oyununda əzmkar qələbə qazanaraq ölkə qadın basketbolu tarixində ilkə imza atıb.
"Report"un məlumatına görə, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev şəxsi feysbuk hesabında yazıb.
ABF rəhbəri tarixi qalibiyyət münasibəti ilə yığmanı təbrik edib:
"Sizə afərin, sizə əhsən. Böyük qələbələrimiz hələ irəlidədir. Uğurlar".
Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bosniya və Herseqovina seçməsini 83:81 hesabı ilə üstələyib. Komanda qrupda növbəti oyunu bu gün, Bakı vaxtı ilə saat 21:30-da Ukraynaya qarşı keçirəcək.
Son xəbərlər
09:15
Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Futbol
09:10
Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Sosial müdafiə
08:41
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
Digər ölkələr
08:23
İstanbulda aramsız yağışdan yaranan seldə ölənlərin sayı 5 nəfərə çatıb, itkin düşənlər var
Region
07:47
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Digər ölkələr
07:32
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
Maraqlı
06:53
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb
İKT
06:22
Video
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Region
05:44
Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatıb - Yenilənib
Region