Emil Əliyev: "Azərbaycan yığması təhlükəli rəqibdir"

Emil Əliyev: "Azərbaycan yığması təhlükəli rəqibdir" Dünya çempionatının elit-raundunun püşkü üzümüzə gülmədi.
Komanda
25 Dekabr , 2019 11:22
Emil Əliyev: Azərbaycan yığması təhlükəli rəqibdir

"Dünya çempionatının elit-raundunun püşkü üzümüzə gülmədi".

"Report"un məlumatına görə, bunu Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti Emil Əliyev deyib. 

Əslən azərbaycanlı qurum rəhbəri yenidən Xorvatiya ilə rəqib meydanında qarşılaşacaqlarını xatırladıb. O, Azərbaycan və Slovakiyanın isə təhlükəli olduqlarını bildirib: "Bizi çox çətin mərhələ gözləyir. Dünya çempionatına birbaşa vəsiqə üçün birinci yeri tutmaq lazımdır".

Əliyev Rusiya yığmasındakı nəsil dəyişikliklərinin uğurla həyata keçirildiyini də vurğulayıb: "Çoxları milli komandadakı nəsil dəyişikliyini hiss etmir. İşlər əziyyətlə, tədricən, gənclər yığması vasitəsilə aparılır. Məşqçilər heyəti yüksək qiymətə layiqdir. Milliyə yeni qan axını baş verir. Belə adi ağrılı prosesə baxmayaraq, seçmə mərhələdə sabit nəticələr göstərmişik".

Qeyd edək ki, elit-raund çərçivəsində yanvarın 29-da Rusiya - Slovakiya, Xorvatiya – Azərbaycan, yanvarın 30-da Azərbaycan – Rusiya, Xorvatiya – Slovakiya, fevralın 1-də Slovakiya – Azərbaycan, Rusiya – Xorvatiya görüşləri keçiriləcək. Qrup qalibiləri final mərhələsinə yüksələcək. İkinci pilləni tutacaq komandalar pley-off oyunlarında üz-üzə gələcəklər. 

Son xəbərlər

Orphus sistemi