Yuxarı
    Bağlamaq

    Əlillər arasında stolüstü idman növləri üzrə ümumrespublika yarışları keçirilir

    Qaliblər 3 Dekabr - Beynəlxalq Əlillər günü ərəfəsində mükafatlandırılacaq

    Bakı. 25 noyabr. REPORT. AZ/ Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü idman növləri üzrə IV Ümumrespublika yarışları keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, yarış nazirliyin “2014-cü il üçün əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na uyğun təşkil olunub. 

    Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində baş tutan tədbirin ilkin mərhələsi kimi Bakı, Naxçıvan, Sumqayıt, Şamaxı, Sabirabad, Mingəçevir, Gəncə, Lənkəran, Xaçmaz, Şəki şəhər və rayonlarında zona turnirləri keçirilib. Ümumilikdə 1000-dək bu təbəqədən olan şəxs idmanın şahmat, dama, nərd, stolüstü tennis və qol gücü (armrestlinq) növlərində mübarizə aparıb. Nəticədə 8 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq olmaqla ümumən 103 nəfər (şahmat üzrə 25 nəfər, dama üzrə 28 nəfər, nərd üzrə 21 nəfər, stolüstü tennis üzrə 9 nəfər və qol gücü (armrestlinq) üzrə 20 nəfər) qalib gələrək, IV Ümumrespublika yarışlarının final mərhələsində iştirak hüququ qazanıb. 3 Dekabr - Beynəlxalq Əlillər günü ərəfəsində yarışların final mərhələsi keçiriləcək və qaliblər mükafatlandırılacaq.

    Qeyd edək ki, ƏƏSMN tərəfindən əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri də bu təbəqədən olan şəxslərin idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi