Əfsanəvi basketbolçu ölümündən sonra mükafatlandırıldı

Əfsanəvi basketbolçu ölümündən sonra mükafatlandırıldı ABŞ-ın Los-Anceles Leykers klubunun əfsanəvi sabiq basketbolçusu Kobi Brayant ölümündən sonra nüfuzlu Emmi mükafatına layiq görülüb.
Komanda
12 İyun , 2020 00:55
Əfsanəvi basketbolçu ölümündən sonra mükafatlandırıldı

ABŞ-ın "Los-Anceles Leykers" klubunun əfsanəvi sabiq basketbolçusu Kobi Brayant ölümündən sonra nüfuzlu "Emmi" mükafatına layiq görülüb.

"Report"un Televiziya Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, mərhum idmançı şəhərin inkişafındakı rolu ilə əlaqədar təltif olunub. Mükafatın rəsmi təqdimetmə mərasimi iyulun 18-də gerçəkləşəcək.

Qeyd edək ki, Kobi Brayant yanvarda ABŞ-ın Kaliforniya ştatındakı Kalabasas şəhəri yaxınlığında öz helikopterinin qəzaya düşməsi nəticəsində vəfat edib. Onunla birgə göyərtədə olan qızı Cianna və daha 7 nəfər də dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi