Əfsanəvi basketbolçu federasiya prezidenti seçilib

Əfsanəvi basketbolçu federasiya prezidenti seçilib Yao Min Çin Basketbol Federasiyasına rəhbərlik edəcək
Komanda
23 Fevral , 2017 12:37
Əfsanəvi basketbolçu federasiya prezidenti seçilib

Bakı. 23 fevral. REPORT.AZ/ Yao Min Çin Basketbol Federasiyasının prezidenti seçilib. "Report"un TSN-ə istinadən verdiyi məlumata görə, 37 yaşlı əfsanəvi basketbolçu bu vəzifəyə yekdilliklə layiq görülüb.

Bildirilir ki, Yao Minin federasiyaya rəhbər seçilməsi islahatlar proqramının bir hissəsidir. Əvvəllər bu postu yalnız hökumət məmurları tutub.

Qeyd edək ki, 2,29 m boya malik sabiq basketbolçu 10 dəfə "NBA ulduzları" oyunlarında iştirak edib. Karyerasını 2011-ci ildə başa vuran Yao Min "Hyuston"un heyətində 486 oyun keçirib. 

Son xəbərlər

Orphus sistemi