Əfsanəvi baş məşqçi vəfat edib

Əfsanəvi baş məşqçi vəfat edib Basketbol üzrə tanınmış seriyalı baş məşqçi Duşan İvkoviç 77 yaşında dünyasını dəyişib.
Komanda
16 Sentyabr , 2021 13:05
Əfsanəvi baş məşqçi vəfat edib

Basketbol üzrə tanınmış serbiyalı baş məşqçi Duşan İvkoviç 77 yaşında dünyasını dəyişib.

"Report"un məlumatına görə, bu barədə onun dostu Qoran Kaliniç "SportKlub" nəşrinə açıqlamasında deyib.

Kaliniç əfsanəvi mütəxəssisin bu səhər saat 06:50-də Belqraddakı xəstəxanaların birində keçindiyini bildirib. İvkoviçin ölümünə ciyərlərinə su yığılması səbəb olub.

Qeyd edək ki, Duşan İvkoviç Avropada bütün zamanların ən uğurlu baş məşqçilərindən hesab olunur. O, ölkəsində "Partizan", "Radniçki Belqrad", "Voyvodina", Yunanıstanda "Aris", PAOK, "Panionios", "Olimpiakos", AEK, Rusiyada MOİK, "Dinamo" (Moskva), Xorvatiyada "Şibenik" və Türkiyədə "Anadalo Efes" komandalarına başçılıq edib.

İki dəfə Avroliqanın qalibi olmuş mütəxəssis 1990-cı il dünya çempionatı, 1989, 1991 və 1995-ci il Avropa çempionatlarında keçmiş Yuqoslaviya və Serbiya yığmalarının sükanı arxasında uğur qazanıb. O, 2016-cı ildə məşqçi karyerasını başa vurub.

Son xəbərlər

Orphus sistemi