EEVZA: Azərbaycan millisi bu gün üçüncü oyuna çıxacaq
Komanda
- 05 yanvar, 2024
- 05:21
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında üçüncü oyununa çıxacaq.
"Report" xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda bu gün Ukrayna ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Təmsilçimiz əvvəlki iki matçda Estoniya və Latviyaya 0:3 hesabı ilə məğlub olub. U-20 yanvarın 6-da Litva, 7-də isə Polşa ilə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, yanvarın 7-nə qədər davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.
Son xəbərlər
10:11
"Sabah" braziliyalı futbolçu Karlos Eduardonu heyətinə qatdığını açıqlayıb
Futbol10:11
XİN Koreyanı Milli Günü münasibəti ilə təbrik edib
Xarici siyasət10:08
Rüşvətlə saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlərin məhkəməsi başlayır
Hadisə10:01
Foto
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər - YENİLƏNİB
Din10:00
Sahibə Qafarova Xəlilur Rəhmanla BMT və Milli Məclis arasında əməkdaşlığı müzakirə edib
Milli Məclis10:00
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib
Daxili siyasət09:56
Muxtar Babayev COP31 ərəfəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb
Ekologiya09:54
"Sabah"ın rəqibi "Slaviya" futbolçusu Yussufa Sanyanqı icarəyə verib
Futbol09:53