Dünya çempionatı: Azərbaycan cüdoçuları dördüncü gündə medal qazana bilməyiblər
Komanda
- 07 oktyabr, 2023
- 17:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatının dördüncü günü Azərbaycan cüdoçuları üçün uğursuz alınıb.
“Report”un məlumatına görə, tatamiyə çıxan bir kişi, iki qadın idmançı fəxri kürsüyə yüksələ bilməyib.
Halbuki Ramazan Əhmədov +100 kq çəki dərəcəsində buna yaxın olub. Lakin o, bürünc medal uğrunda görüşdə türkiyəli rəqibinə məğlub olub.
Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) isə turnirlə daha erkən vidalaşıblar. Onlar 1/16 final səddini keçsələr də, növbəti raundda uduzublar.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) və Vüqar Talıbov (90 kq) gümüş medal əldə ediblər.
Son xəbərlər
05:56
BVF 2027-ci ildə Ukraynanın maliyyələşdirmə kəsirini açıqlayıb
Digər ölkələr
05:28
Vens: ABŞ İranla müharibənin iki il davam etməsinə imkan verməyəcək
Digər ölkələr
05:02
Britaniya Aİ ilə "Brexit" müqaviləsinin şərtlərini yaxşılaşdırmaq niyyətindədir
Digər ölkələr
04:34
CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
Digər ölkələr
04:08
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
Digər ölkələr
03:36
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
Digər ölkələr
03:27
FTB ABŞ-də hava əlaqəsinə mane olan avadanlıqları müsadirə edib
Digər ölkələr
02:48
Hörmüz boğazında tankerə hücum olub, yanğın baş verib
Digər ölkələr
02:15
Peskov: Putin, Tramp və Si Cinpinin görüşünün bir hissəsi mediaya açıq olacaq
Region