Dövlət qurumlarının əməkdaşları arasında çimərlik voleybolu üzrə yarış keçirilib

Dövlət qurumlarının əməkdaşları arasında çimərlik voleybolu üzrə yarış keçirilib Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında çimərlik voleybolu üzrə yarış keçirilib.
Komanda
27 Avqust , 2024 11:44
Dövlət qurumlarının əməkdaşları arasında çimərlik voleybolu üzrə yarış keçirilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında çimərlik voleybolu üzrə yarış keçirilib.

AVF-dən "Report"a verilən məlumata görə Bakı Su İdmanı Sarayında təşkil olunan turnirdə müxtəlif dövlət qurumlarından 11 kişi, 6 qadın komandası iştirak edib.

Qadınlar arasında Yeganə Feyzullayeva və İlahə Qüdrətova (AZAL) birinci olublar. Ləman Qabilli və Günel Xanlarova (Dövlət Gömrük Komitəsi) ikinci, Aytən Hüseynəliyeva və Səmiyə Babayeva (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) üçüncü yeri tutublar.

Kişilər arasında Pərviz Səmədov və Tərxan Cəbrayılov (Fövqəladə Hallar Nazirliyi) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elməddin Dadaşov və Elçin Orucov (SOCAR-1) ikinci, Namiq Hüseynov və Sahil Cəfərov (SOCAR-2) isə üçüncü pillədə qərarlaşıblar.

Son xəbərlər

Orphus sistemi