Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib.
"Report" xəbər verir ki, bulvar ərazisində, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının binasının qarşısında keçirilən yarışda Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mərkəzi Bank, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, SOCAR və “Azərişıq” ASC-nin əməkdaşları kayak növündə mübarizə aparıblar.
İştirakçılar kişilər və qadınlar ayrılıqda bir nəfərlik qayıqda, kişi cütlüklər və qarışıq cütlüklər halında iki nəfərlik qayıqda yarışıblar. Qaliblər diplom, medal və hədiyyə ilə mükafatlandırılıblar.
Yarışın nəticələri aşağıdakı kimidir.
Kişilər (K-1)
- Rüfət Əhmədov – FHN
- Vüsal Cavadov – Ədliyyə Nazirliyi
- Hüseyn Quliyev – GİN
Kişilər (K-2)
- Etibar Əsədov-Elşad Kərimov – SOCAR
- Vüsal Cavadov-Samir Kazımov – Ədliyyə Nazirliyi
- Özcan Kərimov-Əli Hacıyev – FHN
Qadınlar (K-1)
- Leyla Əliyeva – FHN
- İlahə Çələbiyeva – GİN
- Janna Məmmədova – Xəzər Dəniz Gəmiçiliyi
Qarışıq komanda (K-2)
- Janna Məmmədova-Mixail Protasov – Xəzər Dəniz Gəmiçiliyi
- Leyla Əliyeva- Rüfət Əhmədov – FHN
- İlahə Hacıyeva-Etibar Əsədov – SOCAR