DÇ: Azərbaycan şahmat yığması bu gün Hindistanla qarşılaşacaq

DÇ: Azərbaycan şahmat yığması bu gün Hindistanla qarşılaşacaq Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanadakı dünya çempionatında bu gün VII turun oyununu keçirəcək.
Komanda
12 Mart , 2019 07:40
DÇ: Azərbaycan şahmat yığması bu gün Hindistanla qarşılaşacaq

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanadakı dünya çempionatında bu gün VII turun oyununu keçirəcək.

"Report"un məlumatına görə, rəqib Hindistan yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

Mundialda Azərbaycanı Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov, Hindistanı isə Başkaran Adiban, Krişnan Saşikiran, Surya Qanquli, Panayappan Seturaman və Çitambaram Aravind təmsil edir.

Bu tur Çin - İsveç, İngiltərə - Misir, Qazaxıstan - İran və ABŞ - Rusiya qarşılaşmaları da oynanılacaq.

Qeyd edək ki, 6 turdan sonra Rusiya 10 xalla vahid liderdir. 9 xala malik olan Hindistan və İngiltərə 2-3-cü yerləri bölüşdürür. ABŞ 8 xalla 4-cü, Çin 6 xalla 5-ci yerdədir. Azərbaycan, Qazaxıstan və İsveç hərəyə 4 xalla 7 - 9-cu yerləri bölüşdürür. 1 xalı olan Misir isə sonuncu-10 - cu yerdədir.

Son xəbərlər

Orphus sistemi