Rusiyada danışılmış oyunlara çıxan həndbolçular cəzalandırılıb

Rusiyada danışılmış oyunlara çıxan həndbolçular cəzalandırılıb Rusiya Həndbol Federasiyasının İcraiyyə Komitəsi Avropa çempionatında danışılmış oyunlara çıxan U-19 yığmasının üzvlərinin diskvalifikasiya müddətini təsdiqləyib
Komanda
29 Sentyabr , 2021 17:15
Rusiyada danışılmış oyunlara çıxan həndbolçular cəzalandırılıb

Rusiya Həndbol Federasiyasının İcraiyyə Komitəsi Avropa çempionatında danışılmış oyunlara çıxan U-19 yığmasının üzvlərinin diskvalifikasiya müddətini təsdiqləyib.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə qurumun baş direktoru Lev Voronin jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Maksim Naydunov, Georgi Kirilenko, Daniil Dmitriyev və Aleksandr Morozov 5 illik diskvalifikasiya olunub. Nikita Qolovyov və Maksim Yermolin 2 illik cəza alıb. Dmitri Kandıbin və Dmitri Frolov isə 2022-ci il iyunun 30-dək idmandan kənarlaşdırılıb. Həndbolçuların diskvalifikasiya müddəti 2021-ci il sentyabrın 21-dən hesablanır.

Voronin deyib ki, Avropa çempionatı vaxtı oyunların danışılmış olmasına dair siqnal alıb və bunu aydınlaşdırnaq üçün dərhal baş məşqçi ilə əlaqə saxlayıb.

Qeyd edək ki, Rusiya Həndbol Federasiyası daha əvvəl sözügedən idmançıları müvəqqəti diskvalifikasiya edib. Onlar millinin heyətində üçüncü tərəfin vasitəsilə bukmeyker kontorlarında mərc edib, əvvəlcədən razılaşdırılmış nəticəyə nail olublar.

Son xəbərlər

Orphus sistemi