Yuxarı

"Dakar Rallisi"nə bu gün Argentinada start verilir

Marafonda 164 motosiklet, 48 kvadrasikl, 148 minik və 64 yük maşını iştirak edir

Bakı. 4 yanvar. REPORT.AZ / Dünyada ən təhlükəli avtomobil yarışı hesab edilən "Dakar Rallisi"nə bu gün Argentinada start verilir.

"Report"un TASS agentliyinə istinadla verdiyi xəbərə görə, Buenos-Aires şəhərində keçirilən marafon sayca 36-cı olacaq. İlk "Dakar Rallisi" 1978-ci ildə keçirilmişdi.

Qeyd edək ki, bu ilki ralliyə üç ölkə ev sahibliyi edəcək: Argentina, Boliviya və Çili.

Finala çatmak üçün iştirakçılar 13 mərhələdən keçərək 9 min kilometr məsafəni qət etməlidirlər.

Marafonda 164 motosiklet, 48 kvadrasikl, 148 minik və 64 yük maşını iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi